
İsrail döyüş təyyarələri Livanın şərqində və cənubunda bir sıra ərazilərə hava zərbələri endirib.
Reyting.az xəbər verir ki, İsrail qırıcıları xüsusən Livanın şərqindəki Bekaa vadisindəki Balbek şəhərinin bir neçə bölgəsinə 7 hava hücumu təşkil ediblər.
İsrail döyüş təyyarələri Bekanın Birital qəsəbəsinin təpələrini, Ayşiyyə, Nəsiriyyə, Əl-Hüreybə, Zahle qəsəbələrini, Şəra bölgəsini, Əl-Cermak şəhərinin ətrafını, eləcə də ölkənin cənubundakı Əl-Mahmudiyya və Əl-Hərdali bölgələrini bombalayıblar.
ELÇİN