Bakı, 1 avqust, AZƏRTAC
“Milli Aviasiya Akademiyası” voleybolçusu Kseniya Pavlenko ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı hücumçu ilə 1 illik yeni müqavilə imzalanıb.
Ötən ildən Bakı klubunda çıxış edən K.Pavlenko Azərbaycan millisinin də formasını geyinir.