EN

Azərbaycan yığması Belçika səfərinə hazırlaşır

Azərbaycanın kişilərdən ibarət voleybol millisi 2026-cı il Avropa çempionatının seçmə mərhələsinin davamına hazırlığın həlledici mərhələsinə qədəm qoyub.

İdman.biz xəbər verir ki, seçmə mərhələ ötən il başlayıb və komandamız qrupdakı rəqibləri ilə keçirdiyi ilk iki oyunda məğlub olub.

Yığmamız səfərdə Avstriyaya, evdə isə Belçikaya eyni hesabla - 0:3 uduzub.

İndi Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv həmin komandalarla cavab oyunlarını keçirəcək. Voleybolçularımız avqustun 13-də Belçikada, 16-da isə Bakıda Avstriya yığmasına qarşı oynayacaqlar.

Hazırda Belçika komandası ilk iki oyunda 6 xal toplayaraq və heç bir setdə uduzmadan qrupun lideridir.

Ümumi mənzərəyə nəzər salsaq, seçmə mərhələnin ilk dövrəsində qruplarında lider olan komandalar Belçika, Danimarka, Çexiya, Yunanıstan, Estoniya və Latviya olub.

Qeyd edək ki, Avropa çempionatı Bolqarıstan, Finlandiya, İtaliya və Rumıniyada keçiriləcək.

İdman.biz

Chosen
43
idman.biz

1Sources