Mediada dərc olunan və (və ya) yayımlanan informasiya dair yeni tələb müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə edilən yeni 14.1.11-1-ci maddəyə əsasən, saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.
Qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair norma əlavə edilib.