İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.
İnformasiya agentliyinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi bu Qanunun 60.5-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verməlidir.
Son Yazılar:
- İnformasiya agentlikləri ilə bağlı yeni tələblər qoyuldu
- Xarici media subyektləri ilə bağlı dəyişiklik təsdiqləndi
- Reyestrdən keçməyən çap media subyektlərini 5 min cərimə gözləyir
Qeyd edək ki, qanunun 60.5-ci maddəsinə əsasən, onlayn media subyekti redaksiyaları hər ay 20 (iyirmi) gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.