EN

ABŞ və İsrail Qəzzada atəşkəs üçün geniş plan hazırlamağı planlaşdırır Reuters

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və İsrail arasında Qəzza zolağında atəşkəs və bəzi israilli girovların azad edilməsi üçün məhdud plandan Qəzzanın tam silahsızlaşdırılmasını nəzərdə tutan hərtərəfli və daha sərt həll yoluna keçmək lazım olduğuna dair konsensus yaranır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyinə İsrailin yüksək rütbəli rəsmisi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla İsrailin baş naziri Binyamin Netanyahunun görüşünün nəticələrini şərh edərkən bildirib.

Rəsmi ayrıca vurğulayıb ki, ABŞ və İsrail hərbi əməliyyatların hazırkı intensivliyini qoruyaraq Qəzza zolağına göndərilən humanitar yardımın həcminin artırılması üzərində işləmək barədə razılığa gəliblər.

O qeyd edib ki, hər iki ölkənin ehtiyac duyduğu hərtərəfli plan həm də Fələstinin radikal HƏMAS hərəkatının tamamilə tərksilah edilməsini və prosesi mərhələlərə bölmədən bütün israilli girovların dərhal azad edilməsini nəzərdə tutur.

Yeni planın təfərrüatları üzərində iş aparılır, lakin agentliyin həmsöhbəti təfərrüatları açıqlamayıb.

Bundan əvvəl Vitkoff İsrailə gəlib və baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparıb. "Axios" portalı görüş ərəfəsində qeyd edib ki, danışıqların mövzusu Qəzzada humanitar böhran, o cümlədən anklavda atəşkəsə nail olmaq üçün işlərin bərpası olacaq. Daha sonra Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib ki, Vitkoff cümə günü Qəzza zolağına humanitar yardımın çatdırılması məsələlərini nəzərdən keçirmək üçün gedəcək.

İyulun 27-də Qəzza zolağında radikal HƏMAS hərəkatının lideri Xəlil əl-Haya anklavın blokadasının davam etməsi kontekstində İsraillə danışıqların mənasız olduğunu bildirib. Bundan əvvəl Netanyahu anklavda atəşkəs təklifinə radikalların reaksiyası ilə əlaqədar iyulun 6-dan Qəzzada münaqişənin nizamlanması üzrə danışıqların aparıldığı Qətərin paytaxtı Dohadan nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. Vitkoff, öz növbəsində, "X" sosial şəbəkəsində yazıb ki, Vaşinqton da "Həmas"ın Qəzzada atəşkəsə nail olmaq istəyinin olmadığını açıq şəkildə göstərən son cavabdan sonra Dohadan danışıq aparanları geri çağırmaq qərarına gəlib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
bizimyol.info

1Sources