EN

Sedat Pekerin Bakıda restoranı var? Məşhur müğənnidən qalmaqallı iddia + Video

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Türkiyəli müğənni Rıza Tamer Azərbaycanda ad günü tədbirində mahnı oxumaqdan imtina etdiyi üçün təhdid edildiyini deyir.

Yeniavaz.com xəbər verir ki, müğənni yaydığı videomüraciətdə mafiya başçısı kimi tanınan Sedat Pekerin adından istifadə edilərək təhdid olunduğunu bildirib.

O qeyd edib ki, mahnı oxumaqdan imtina etdiyi məkanın Sedat Pekerə aid olduğunu bilməyib:

“Bizə zəng edib belə dedilər. Təhdid etdilər. Mən azərbaycanlılara heç bir hörmətsizlik etmədim. Mənə ad günü mərasimində iki mahnı oxumaq üçün 50 min dollar təklif etdilər. Qəbul etmədim. Əsəblərim pozuldu. Onların otelindən çıxıb başqa otelə getdik. Türkiyə lirəsinin istifadə olunmadığını görüb ölkəmizə qayıtdıq”.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Məlumat üçün bildirək ki, Rıza Tamerin mahnı oxumaqdan imtina etdiyi məkan Nərimanov rayonu, Nadir Əliyev küçəsi 17 ünvanında fəaliyyət göstərən “Bihter Baku” adlı restoran olub. “Bihter Baku” restoranının Türkiyədə Alper Eken ve Samet Gülmez adlı iş adamlarına məxsus “Bihter” restoranlar şəbəkəsinə daxil olduğu bildirilir.

Qeyd edək ki, “Bihter” restoranlar şəbəkəsinin sahibi Alper Eken də videomüraciət yayıb. O Rıza Tamerin iddialarını əsassız adlandırıb və onun psixoloji problemləri olduğunu bildirib.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
3
yeniavaz.com

3Sources