EN

Ana dilimiz qürur mənbəyimizdir

Bakı. Trend:

Hər bir xalqın ən böyük və mənəvi dəyərlərindən birionun dilidir. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm dəxalqın kimliyini, mədəniyyətini və tarixini qoruyan bir amildir.Eyni zamanda dil xalqın düşüncə tərzini, adət-ənənələrini vədünyagörüşünü ifadə edən əsas milli faktordur.

UNESKO-nun məlumatına görə dünyada təxminən 6000-dən çox danışıqdili mövcuddur. Onların arasında Azərbaycan dilinin xüsusi yerivar. Azərbaycan dili zəngin danışıq və ifadə imkanları, özünəməxsusahəngdarlığı və qrammatik cəhətləri ilə fərqlənir. Ana dilimiztarix boyu xalqımızın yüksəlişində və milli həmrəyliyinin təminolunmasında əsas mənəvi amillərdən biri kimi özünü göstərmişdir.Şairlərimiz, yazıçılarımız və mütəfəkkirlərimiz bu dildəyazıb-yaratmış, dünyanın ədəbiyyat xəzinəsinə sevilən əsərlər daxiletmişlər.

Sovet hakimiyyəti dövründə həyata keçirilən beynəlmiləlçiliksiyasəti həm də xalqların milli dəyərlərinə, o cümlədən onlarındillərinə qarşı yönəlmişdi. Birbaşa bəyan olunmasa da, xalqların özdillərinin sıxışdırıldığı aydın idi. Hətta ötən əsrin 30-ciillərində dil məsələsini qabardanlar sürgün olunur, antisovetfəaliyyəti adı altında həbs edilirdilər.

Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaqcəsarət tələb edirdi. Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevinrespublikamıza rəhbərliyi illərində Azərbaycanda ana dilininqorunması, tətbiq dairəsinin genişləndirilməsi və inkişafetdirilməsi ilə bağlı cəsarətli təşəbbüslər və təkliflər irəlisürüldü. Təsadüfi deyil ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanarəhbərliyə başladıqdan sonra tədbirlərdə, müşavirələrdə anadilimizdə çıxışlar etmişdir. Ulu Öndərin 1969-cu ilin noyabrındaBakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilindəçıxış etməsi ittifaq miqyasında böyük əks-səda doğurmuşdu.

Ötən əsrin 70-ci illərində SSRİ-nin yeni Konstitusiyasınınqəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha dagüclənmişdi. Məhz belə bir şəraitdə Heydər Əliyev böyük cəsarətnümayiş etdirərək, Azərbaycan dilinin Konstitusiyada dövlət dilikimi təsbit olunması üçün qətiyyətli mövqe ortaya qoymuşdur. Beləki, 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin AzərbaycanKonstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsininyekunlarına həsr olunmuş VII sessiyasında çıxış edən Ulu ÖndərHeydər Əliyev tərəfindən 73-cü maddənin «Azərbaycan Sovet SosialistRespublikasının dövlət dili Azərbaycan dilidir» redaksiyasındaverilməsi təklif olunmuşdur.

Beləliklə, məhz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ilinaprel ayında qəbul olunan Azərbaycanın yeni KonstitusiyasındaAzərbaycan dili respublikamızın dövlət dili kimi təsbit edilmişdir.Bu mənada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi UluÖndərin sovet dövründə xalqımızın qarşısındakı ən böyükxidmətlərindən biridir. Heydər Əliyev bununla gələcək müstəqildövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Azərbaycan ictimaiyyəti 1995-ci ildə müstəqil AzərbaycanınKonstitusiyası hazırlanarkən də Ümummilli Lider Heydər Əliyevin anadili məsələsinə necə böyük həssaslıqla yanaşdığına şahidlik etdi.Məlum olduğu kimi həmin vaxt dövlət dilinin necə adlandırılması iləbağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin böyükəksəriyyətində dilimizin Azərbaycan dili adlandırılması təklifidəstəklənirdi. Konstitusiya layihəsini hazırlayan komissiyanın 5noyabr 1995-ci ildə keçirilən iclasında aparılan müzakirələrdəHeydər Əliyev dövlət dilinin adı barədə öz qəti fikrini beləbildirmişdi:

“Mən hər bir dilə hörmət edirəm və ehtiramımıbildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik.Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızında, dilimizin də adı tanınıb. Bu reallıqdır”.

Müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalqsəsverməsi yolu ilə qəbul olunmuş Azərbaycanın Konstitusiyanın21-ci maddəsində respublikamızın dövlət dilinin Azərbaycan diliolması təsbit edildi.

Ümumiyyətlə, Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyidövründə ana dilimizin inkişafı və qorunması işinə böyük diqqətləyanaşmışdır. Bu baxımdan Ulu Öndərin 2001-ci il iyunun 18-dəimzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsihaqqında” fərmanı qeyd edə bilərik. Bu fərmandan sonra AzərbaycanRespublikası Prezidentinin yanında Dövlət Dil Komissiyasıyaradılmış, Milli Məclis tərəfindən «Azərbaycan Respublikasındadövlət dili haqqında» Qanun qəbul edilmiş, orta və ali məktəblərdəAzərbaycan dilinin tədrisi və ana dilində təhsilin keyfiyyəti iləbağlı əsaslı dönüş yaratmaq istiqamətində tədbirlər həyatakeçirilmiş, ölkədə çap olunan qəzet, jurnal, bülleten, kitab vədigər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədərbütövlükdə latın qrafikasına keçməsi təmin olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin «Azərbaycan əlifbası və Azərbaycandili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixliFərmanına əsasən isə latın qrafikalı Azərbaycan əlifbasını keçidinölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini vəyeni əlifbadan istifadənin respublikamızın ictimai-siyasihəyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğununəzərə alaraq, hər il avqust ayının 1-i Azərbaycan əlifbası vəAzərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndərin ana dilimizin qorunması və respublikamızdadilçiliyin inkişafı sahəsində başlatdığı işlər Prezident İlhamƏliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Prezident İlhamƏliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”2004-cü il 12 yanvar tarixli və “Azərbaycan dilində latın qrafikasıilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12yanvar tarixli sərəncamlarına əsasən latın qrafikalı yeniAzərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlərin vəbədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsimilli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, respublikamızdadilçiliyin inkişafı baxımından böyük əhəmiyyət kəsb etmişdir.Prezident İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycandilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunistifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”isə milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizinsaflığının və zənginliyinin qorunmasında mühüm rol oynayır.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin “Azərbaycan dilininelektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlıbir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli SərəncamıAzərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha dagenişləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlətbaşçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilininsaflığının qorunması və dövlət dilindən istifadənin daha datəkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dilmövzusunun daim diqqət mərkəzində saxlanıldığını təsdiqləyir.

Göründüyü kimi müstəqilliyimizin və milli həmrəyliyimizinrəmzlərindən biri olan ana dilimizlə bağlı məsələlər hər zamandiqqət mərkəzindədir. Dünyanın ən gözəl və mükəmməl dillərindənolan doğma dilimiz xalqımızın milli və mənəvi sərvəti, hərbirimizin qürur mənbəyidir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Chosen
51
8
az.trend.az

9Sources