EN

Balotelliyə bazar gününə kimi vaxt verildi

İspaniya çempionatının üçüncü divizionunda mübarizə aparan "Real Mursiya" italiyalı hücumçu Mario Balotelli ilə danışıqlar aparır.

"Unikal" xəbər verir ki, klub rəhbərliyi 34 yaşlı futbolçunun qərar verməsi üçün son tarix kimi bazar günü təyin edib. İtaliya millisinin sabiq oyunçusuna iki illik müqavilə təklif edilib.

Qeyd edək ki, Mario Balotelli son olaraq “Cenoa”da çıxış edib.

Chosen
23
3
unikal.az

5Sources