EN

“Reddit” səhmləri güclü rüblük hesabatdan sonra 20% artıb

“Reddit” sosial şəbəkəsinin səhmləri 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrinin dərcindən sonra 20% bahalaşıb. Əsas ticarət sessiyasının sonuna səhmlərin dəyəri 160.59 dollar (+7.54%) təşkil edib. Premarketdə Bakı vaxtı ilə saat 13:01-də onlar daha 13.7% artıb.

“CNBC”nin məlumatına görə, ikinci rübdə “Reddit”in gəliri illik müqayisədə 78% artaraq 500 milyon dollara çatıb ki, bu da analitiklərin 426 milyon dollar proqnozundan xeyli yüksəkdir. Xalis gəlir 89 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, “Reddit” ötən ilin eyni dövründə IPO xərclərinə görə 10 milyon dollar itirib. “Reddit”in gündəlik unikal istifadəçilərinin sayı 21% artaraq 110.4 milyona çatıb.

“Reddit” üçüncü rübdə gəlirin 535 milyon dollardan 545 milyon dollara qədər olacağını gözləyir ki, bu da “Wall Street”in 473 milyon dollarlıq orta hesablamasından xeyli yüksəkdir. Düzəliş edilmiş mənfəətin 185 milyon dollardan 195 milyon dollara qədər olacağı gözlənilir. “StreetAccount”a görə, analitiklər orta hesabla 160 milyon dollar gözləyirlər.

“Reddit”in süni intellektlə işləyən “Answers” axtarış funksiyası həftədə 6 milyon istifadəçiyə qədər böyüyüb. Bildirilir ki, “Reddit Answers” yaxın zamanda qlobal miqyasda genişlənəcək və platformanın mərkəzi funksiyasına çevriləcək.

Chosen
59
banker.az

1Sources