EN

“Temu”nun manata hörmətsizliyi – Azərbaycan puluna əl-ayaq siləcəklər?! – FOTO

Çinin məşhur Temu onlayn satış platforması Azərbaycan manatının təsvirinin dəsmal üzərində həkk edib. Bu isə cəmiyyətdə haqlı narazılıq doğurub. Söhbət adi dizayndan yox, milli valyutamızın əl-ayaq silinəcək məişət məhsulunun üzərinə vurulmasından gedir.

Pul sadəcə əskinas deyil, onun üzərindəki hər detal milli simvoldur. Temu kimi beynəlxalq platformalar əslində bilməmiş olmazlar ki, dövlətlərin milli valyutasını icazəsiz ticari məqsədlərlə istifadə etmək yasaqdır. Belə hallara görə dünyanın bir çox ölkələrində qadağalar olur. Məsələn Yaponiyada, Böyük Britaniyada və bir sıra Avropa Birliyi ölkələrində milli valyutanın təsvirindən kommersiya məqsədilə istifadə qanunla tənzimlənir. Dəsmal, ayaqqabı, xalça kimi ayaqaltı məişət əşyalarına milli valyutanı həkk etmək olmaz. Əks təqdirdə inzibati məsuliyyət daşınılır.
 

MÖVZU İLƏ BAĞLI:

"Temu"nun fırıldağı üzə çıxdı - FOTO


Azərbaycan qanunvericiliyində milli valyutaya qarşı hörmətsiz davranışla bağlı məsuliyyət nəzərdə tutulur, amma bu məsuliyyət əsasən ölkə daxilində baş verən hallara şamil olunur.

Xaricdə baş verən hallara isə birbaşa tətbiqi yoxdur.

Hüquqşünas Əkrəm Həsənov isə bu barədə nikbindir. Mövzuyla bağlı Bizim.Media-ya açıqlamasında o, Temunun bu saymazlığında hər hansı qanun pozuntusu görmür və deyir ki, belə məsələlərə artıq rahat yanaşmağı öyrənməliyik:

“Bu ancaq, bizim kimi kiçik dövlətlərdə belə qarşılanır. Böyük dövlətlər buna əhəmiyyət vermir. Pulumuzu kimsə təsvir edib, burda nə var ki?! Hər hansı biədəb yerdə etməyib ki... Bir çox ölkələrdə belə təsvirlər var. Təsvir etməkdə heç bir problem yoxdur. Bu həqiqi pul deyil, təsvirdir. Elə Azərbaycanda da pulu dəsmala həkk etsələr, onu hansı maddə ilə məsuliyyətə cəlb edəcəklər?

Yəni ölkədə də qadağan deyil. Əgər qadağan olunsa belə, ölkə daxilində qalacaq. Hər hansı qadağa mexanizmi olsa, bəli xaricdə belə hallara məhdudiyyət qoymaq olar”.

Xoşbəxtlikdən cəmiyyətdə fərqli düşünənlərimiz, “kiçik dövlət” olsaq da, böyük dəyərlərimi üstün tutanlarımız çoxdur. Bu cür hallara qarşı hüquqi addımlar atıla bilməsə də, qınaq mütləq olmalıdır ki, sabah pulumuzu, bayrağımızı kandar ayaqaltısına həkk edib satışa çıxarmasınlar. Bunu “sadəcə dizayn” adlandırıb məsələdən yan keçə bilmərik. Biz öz pulumuza, öz rəmzimizə sahib çıxmasaq, kimsə bunu bizim yerimizə etməyəcək.


Şəfiqə Şəfa, Bizim.Media

Chosen
7
1
bizim.media

2Sources