EN

Şəhər susuzluqla mübarizə aparır, lakin milyonlarla dollara...

Pakistanın Belucistan bölgəsində yerləşən Qvadar şəhərində 240 milyon dollarlıq Çin maliyyəsi ilə inşa edilən və ölkənin ən böyük, eyni zamanda ən bahalı hava limanı olan Yeni Qvadar Beynəlxalq Hava Limanı istifadəyə verildiyi elan edilsə də, reallıqda boş və fəaliyyətsiz qalır. Hava limanında nə uçuş, nə hava yolu şirkəti, nə də işçi heyəti var.

News24.az xəbər verir ki, 2024-cü ilin oktyabrında Pakistanın sabiq baş naziri Şahbaz Şərif və Çinli həmkarı Li Çyanqın videobağlantı ilə qatıldığı açılış mərasimindən aylar keçməsinə baxmayaraq, hava limanı hələ də ictimaiyyətə açılmayıb. Halbuki burada Boeing 777 təyyarəsini qəbul edə biləcək uçuş zolağı və ildə 400 min sərnişin tutumu olan müasir terminal mövcuddur. Ancaq bütün bu təmtərağın fonunda Qvadar şəhərinin içində olduğu ağır şərait sosial ədalətsizliyi gün üzünə çıxarır.

Qvadar sakinlərinin əksəriyyəti hələ də təmiz içməli suya davamlı çıxışdan məhrumdur. Şəhər ölkənin milli elektrik şəbəkəsinə qoşulmayıb, enerji ehtiyacını isə məhdud günəş panelləri və İrandan idxal olunan elektriklə qarşılayır. Hazırda yalnız Karaçiyə həftədə üç uçuş həyata keçirilir, Quetta və İslamabada isə birbaşa uçuş belə yoxdur.

Yerli liderlər bu vəziyyətə sərt reaksiya verirlər. Onlara görə, "ən əsas ehtiyacların belə təmin olunmadığı bir şəhərdə belə nəhəng hava limanı inşa etmək prioritet ola bilməz."

Beynəlxalq münasibətlər üzrə ekspert Azim Xalid vəziyyəti belə izah edir: “Bu hava limanı nə Pakistan, nə də Qvadar xalqı üçün tikilib. Bu, tamamilə Çin vətəndaşlarının bölgəyə təhlükəsiz nəqli üçün nəzərdə tutulub.”

Çinin son 10 ildə bölgəyə milyardlarla dollar sərmayə qoymasına baxmayaraq, gözlənilən iqtisadi dönüşüm baş verməyib. Əvəzində isə bölgədəki silahlı ayrılıqçılıq daha da güclənib. Belucistan Azadlıq Ordusu kimi qruplar Pakistan dövlətinin və Çin şirkətlərinin yerli resursları istismar etdiyini, lakin qarşılığında xalqa heç nə vermədiyini iddia edərək həm hökumət qüvvələrini, həm də Çinli işçiləri hədəf alır.

Şəhər artıq hərbi nəzarət altında olan, tikanlı məftillərlə çevrili, daimi yoxlamalarla yaşanılan bir əraziyə çevrilib. 76 yaşlı sakin Xuda Bəxş Haşim vəziyyəti belə təsvir edir: “Əvvəllər bizə kim olduğumuzu heç kim soruşmazdı. İndi hər küçə başında şəxsiyyət vəsiqəsi göstərməli oluruq. Biz burada yaşayırıq, bəs bizə 'sən kimsən?' deyənlər kimdir?”

Hökumət, Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) çərçivəsində 2.000 nəfərin işlə təmin edildiyini iddia etsə də, yerli Beluc liderləri bunu rədd edir. Belucistan Avami Partiyasının liderlərindən Əbdül Qafur Hot qeyd edir: “Qvadar şəhərindən bir nəfəri belə mühafizəçi kimi işə götürməyiblər.” O, dekabr ayında su və elektrik böhranı səbəbilə xalqı etiraz aksiyalarına səsləmiş, vədlər alsa da bu sözlər yerinə yetirilməyib.

Azim Xalid vəziyyəti belə yekunlaşdırır: “Yerli xalq işə alınmadıqca və əsas xidmətlər onlara təqdim edilmədikcə, bu layihənin heç bir faydasından danışmaq olmaz. Buraya gələn pul, sadəcə daha sıx bir təhlükəsizlik rejimi yaradaraq xalqın narazılığını artırır.” Onun fikr

Xeyrənsə Piriyeva

Chosen
55
1
news24.az

2Sources