EN

Stres dərini qırışdırır -ARAŞDIRMA

Birləşmiş Ştatlarda aparılan yeni araşdırma göstərib ki, dəri qırışlarının əsas səbəbi təkcə yaşlanma və xarici amillər deyil, həm də dəriyə tətbiq olunan daxili mexaniki stress ola bilər.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, Nyu-Yorkdakı Binghemton Universiteti və Nyu-York Dövlət Universitetinin alimləri 16-91 yaş arası şəxslərdən götürülmüş dəri nümunələrini analiz ediblər. Onlar dəriyə gərginlik tətbiq edərək müşahidə ediblər ki, gənc dəri dartıldıqda bərabər şəkildə genişlənir, yaşlı dəri isə yanlara doğru büzülür. Bu büzülmə mexaniki stressi artıraraq qırışların dərinləşməsinə səbəb olur.

Alimlər bu prosesi “Puasson effekti” ilə izah edirlər: material bir istiqamətdə dartıldıqda digər istiqamətdə sıxılır. Yaşlı dəri bu təsirə daha çox məruz qalır.

İndiyə qədər qırışların yalnız kollagen və elastin itkisi ilə bağlı olduğu düşünülürdü. Lakin bu yeni tədqiqat göstərir ki, yaşlandıqca dəridə elastiklik azalır, su saxlanması zəifləyir və mexaniki stress yığılır. Bu isə qırışların yaranmasını sürətləndirir.

Alimlər hesab edir ki, bu nəticələr kosmetologiya və dermatologiyada yeni yanaşmalara yol aça bilər. Gələcəkdə yalnız nəmləndirici vasitələr yox, eyni zamanda dərinin stressə reaksiyasını azaldan formulalar da hazırlanmalıdır.

Nuriyyə NATİQQIZI

Chosen
21
1
redaktor.az

2Sources