EN

Hacı Nuran: Arif müəllim heç vaxt xəstəliklərindən narazılıq etməzdi VİDEO

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Arif müəllimin onurğasında dəmir parçaları var idi, illərdir belə yaşayırdı. Amma o heç vaxt xəstəliyindən narazılıq etməzdi."

Bu sözləri AZXEBER.COM-a açıqlamasında ictimai xadim, teleaparıcı Hacı Nuran Hüseynov deyib.

O, Arif Babayev ilə birlikdə getdiyi Şuşa səfərindən danışıb:

"Onun ən böyük arzusu Ağdam və Şuşaya getmək idi. Allah nəsib elədi Şuşaya birlikdə getdik, çəkiliş etdik. Çox gözəl vaxt keçirtdik. Bu gün biz onunla vidalaşırıq. Aramızdakı yaş fərqinə baxmayaraq biz dostluq edirdik. Xaricdən gələn həkimlər də onu müayinə etmişdi. Onurğasında dəmir parçaları var idi, illərdir belə yaşayırdı. Amma o heç vaxt xəstəliyindən narazılıq etməzdi. Çoxlu tələbələri, mahnıları, muğamları qaldı. Yaxşı ki, mən bu insanla bir dövrdə yaşamışam".

Aysel

View this post on Instagram

A post shared by Azxeber Media (@azxeber)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
73
azxeber.com

1Sources