EN

Putin Trampın ultimatumuna ilk dəfə cavab verdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın sabiq lideri Donald Trampın Ukrayna ilə bağlı irəli sürdüyü sülh ultimatumuna ilk dəfə rəsmi reaksiya verib.

Kremlin rəhbəri hədəflərindən geri çəkilmədiyini bildirsə də, danışıqlara açıq qaldığını vurğulayıb.

Xatırladaq ki, Tramp əvvəlcə Rusiya və Ukrayna arasında sülhün 50 gün ərzində əldə olunmasını tələb etmiş, iyulun sonlarında isə bu müddəti 10–12 günə endirmişdi. O, əks halda Rusiya iqtisadiyyatına qarşı sərt ticarət sanksiyaları və 100%-lik tariflərlə hədələyib.

Kremlin mətbuat katibi Dmitri Peskov bu açıqlamaları şərh edərək bildirmişdi ki, Rusiya artıq uzun müddətdir sanksiyalar şəraitində yaşamağa öyrəşib və bu cür təzyiqlər onu qərarlarından döndərə bilməz. “Biz bu bəyanatları diqqətlə izləyirik, lakin onlar bizim strategiyamıza təsir etməyəcək,” – deyə Peskov əlavə edib.

Putin isə avqustun 1-də verdiyi bəyanatında Ukraynada hədəflərinin dəyişmədiyini, lakin sülh danışıqlarının davam etdirilməsinə ümid etdiyini bildirib:

“Biz həmişə dialoqa hazırıq. Lakin bu, emosional bəyanatlarla yox, sakit və konstruktiv mühitdə aparılmalıdır.”

Çinli və qərb ekspertlərinin fikrincə, Rusiya liderinin soyuqqanlı və sərt mövqeyi Trampın “emosional ultimatumlarına” cavab olaraq hesab edilir. Onlar qeyd edirlər ki, Putin bu mövzuda kəskin açıqlamalardan qaçaraq sülh prosesini açıq şəkildə deyil, diplomatik kanallarla davam etdirmək niyyətindədir.

Hazırda bütün diqqətlər qarşıdakı bir həftəyə yönəlib – Trampın müəyyən etdiyi son tarix (7–9 avqust) yaxınlaşır və bu müddət ərzində tərəflərin atacağı addımlar dünya ictimaiyyətinin gündəmində qalmaqdadır.

//Samir Qurbanov, Editor.az

Chosen
10
editor.az

1Sources