EN

Aqrar sektorun uğurlu inkişafı savadlı, bacarıqlı və yüksək məsuliyyət hissinə malik kadrlarla mümkündür - Məcnun Məmmədov

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyiilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafıdövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənolunub.

Trendxəbər verir ki, bunu “Üfüq” Karyera İnkişaf Proqramı üzrəmüsabiqənin qalibləri ilə görüş və mükafatlandırma mərasimində kəndtəsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Onun sözlərinə görə, son illərdə bu sahədə həyata keçirilənsistemli islahatlar, innovativ texnologiyaların tətbiqi, müasirinfrastrukturun qurulması və dövlət dəstəyi mexanizmlərinintəkmilləşdirilməsi kənd təsərrüfatının dayanıqlı və rəqabətədavamlıinkişafına ciddi stimul verib. Bu istiqamətdə əldə olunan uğurlarhəm ölkənin ərzaq təhlükəsizliyi baxımından, həm də regionlarınsosial-iqtisadi dirçəlişi baxımından mühüm strateji önəmdaşıyır.

M.Məmmədov qeyd edib ki, Prezidentin aqrar sahəyə göstərdiyixüsusi diqqət və qayğı bizim fəaliyyətimizin daha məqsədyönlü vəkompleks yanaşma əsasında qurulmasını şərtləndirir:

"Aqrar sektorun uğurlu inkişafı yalnız maddi-texniki baza ilədeyil, eyni zamanda bu sahədə çalışan savadlı, bacarıqlı və yüksəkməsuliyyət hissinə malik kadrlarla mümkündür. Bu səbəbdən də kəndtəsərrüfatında insan kapitalının gücləndirilməsi, idarəetməqabiliyyəti olan peşəkarların aşkarlanması və inkişafınındəstəklənməsi xüsusi aktuallıq kəsb edir.

Bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən“Yüksəliş” İctimai Birliyi ilə birgə Nazirlik sistemində fəaliyyətgöstərən əməkdaşlarımız üçün “Üfüq” Karyera İnkişaf Proqramı üzrəmüsabiqə uğurla həyata keçirilmişdir. Proqramın əsas məqsədi kəndtəsərrüfatında çalışan, yüksək intellektual səviyyəyə və idarəetməqabiliyyətinə malik şəxsləri müəyyənləşdirmək, onların peşəkarinkişafını dəstəkləmək və gələcək üçün dayanıqlı kadr bazasınıformalaşdırmaqdır. “Üfüq” bizim üçün sadəcə bir proqram yox, aqrarsektorun müasir kadr siyasətinin təməlini qoyan bir addımdır".

“Üfüq” proqramı adına uyğun olaraq, yeniliklərə açılan qapı,fərqli düşüncə tərzi və inkişaf üçün yeni perspektivlər təqdimedir. Müsabiqənin bütün mərhələləri — ilkin qeydiyyatdan başlayaraqfinala qədər — şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkilolunub. Bu prosesə “Yüksəliş” müsabiqəsinin peşəkar təşkilatiheyətinin cəlb olunması, onların uzun illər ərzində formalaşmışqiymətləndirmə bacarıqları və metodoloji dəstəyi “Üfüq” proqramınınkeyfiyyətinə mühüm töhfə verib", - kənd təsərrüfatı nazirideyib.

Nazir sonda qeyd edib ki, bu gün artıq “Üfüq” Karyera İnkişafProqramının final mərhələsi uğurla başa çatıb və 30 qalibiştirakçımız müəyyən olunub:

"Bu nəticə hər birinizin göstərdiyi yüksək peşəkarlığın,liderlik potensialınızın və gələcək məsuliyyətlərə hazırlığınızınbariz göstəricisidir. Qalibiyyətiniz yalnız bu günə qədər olannailiyyətlərinizin göstəricisi deyil, eyni zamanda peşəkar inkişafyolunuzda yeni və daha geniş imkanların başlanğıcıdır.

“Üfüq” proqramı ilə əldə etdiyiniz bu uğur sizə daha böyükhədəflərə doğru inamla irəliləmək üçün möhkəm zəmin yaradır.Qarşıdasizi fərdi inkişaf təlimləri, kouçinq sessiyaları, komandaquruculuğu tədbirləri və təcrübəli mentorlarla əməkdaşlıq imkanlarıgözləyir.

Bu mərhələlər sizə öz potensialınızı daha da üzə çıxarmaq,idarəetmə bacarıqlarınızı təkmilləşdirmək və gələcək karyeranızdauğur qazanmaq üçün geniş şərait yaradacaq.İnanıram ki, “Üfüq”Karyera İnkişaf Proqramı sizin üçün yeni üfüqlər açmaqla yanaşı,liderlik yolunda mühüm təməl rolunu oynayacaq. Sizə gələcəkfəaliyyətinizdə uğurlar arzulayıram və əminəm ki, buradaqazandığınız bilik, bacarıq və təcrübə ölkəmizin kənd təsərrüfatısahəsində davamlı inkişafına dəyərli töhfələr verəcək".

Chosen
37
2
az.trend.az

4Sources