EN

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Bir müddət öncə ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis edilib. Sözügedən mərkəzin beşinci məzun günü keçirilib.

Bu dəfə məzun olan mütəxəssis sayı 100, ümumi müraciətlərin sayı isə 2400-dən çox təşkil edib.

İnidyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 380 peşəkar kibertəhlükəsizlik mütəxəssisi yetişdirilib.

“PAŞA Holding”in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçıları ilə ən son kibertəhlükəsizlik təhdidləri, tendensiyaları barədə yenilikləri və ən yaxşı təcrübələri bölüşüblər.

Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlik cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada bilirlər.

Azərbaycan-Kibertəhlükəsizlik-MərkəziPAŞAHoldingrechnion-institutu
Chosen
36
3
marja.az

4Sources