EN

Dünya üçün fəlakət ssenarisi: İki nəhəng üz üzə gəldi Böyük müharibə...

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubionun son çıxışı diqqət çəkib. Belə ki, o, Vaşinqton və Moskva arasında birbaşa hərbi qarşıdurmanı “ağılasığmaz” adlandırıb.

Sitat: “Bu, ağılasığmazdır. Anlayın, ABŞ və Rusiya arasında müharibə heç vaxt icazə verməyəcəyimiz bir şeydir. Bunlar dünyanın ən böyük iki nüvə gücüdür və təhlükə sadəcə çox böyük olardı”.

Sözügedən açıqlama necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rubio bununla, ABŞ-ın  heç zaman Rusiya ilə birbaşa mühharibəyə daxil olmayacağını etiraf edib:

“Bu yaxınlarda Prezident Donald Tramp müharibəni bitirməsi üçün Rusiyaya 50 gün vaxt qoydu, daha sonra bunu 10-12 günə endirdi. Əks təqdirdə, Ukraynanı daha güclü hərbi-siyasi dəstəklə təmin edəcəyi, Kremlə qarşı sanksiya təzyiqini gücləndirəcəyi ilə hədələyən Ağ Ev rəhbərinə Rusiyanın əvvəlki prezidenti, hazırda Federal Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev cavab verdi. “Yuxulu Conun (Baydenə istinadən) yolu ilə getməyin. Əks halda, müharibə öz qapınıza çata bilər”, – deyə o bildirdi. Bu fonda Avropa xüsusi xidmət orqanlarının hesablamalarına görə, qarşıdakı 3-5 ildə, bəlkə daha tez Rusiya Ukraynanı tam zəiflətdikdən sonra NATO Nizamnaməsinin 5-ci maddəsinin işləkliyini test edə bilər. Yəni, qarşıdakı dövrdə Moskvanın Kiyevi məğlub etdikdən sonra Alyans üzvü olan ölkələrə hücumu gözləniləndir. Təşkilat nizamnaməsinin 5-ci maddəsinə görə isə bir NATO üzv ölkəsinə hücum bütün üzvlərə hücum hesab edilir və belə halda kollektiv təhlükəsizliyin təmini mexanizmi işə düşməlidir. Bu, potensial olaraq Avropa və ABŞ-ın da Rusiya ilə birbaşa açıq müharibəyə daxil olması, Üçüncü Dünya müharibəsi deməkdir”.

Həmçinin oxuyun:

İran-İsrail münaqişəsində ortaya çıxaran gerçəklik – beynəlxalq hüquq böhranı…

Şəhla Cəlilzadə

Ekspert Avropanın buna hələ ki, hazır olmadığını vurğulayıb:

“Rubionun açıqlamasından bəlli olduğu kimi, ABŞ bu ssenarinin reallaşmasına imkan verməyəcək. Odur ki, Vaşinqton və Avropanın bütün yardımları Ukraynanı tam məğlubiyyətdən qorumaqla müharibəni uzatmağa, Rusiyanın resurslarını tükətməyə, toqquşmanın öz qapılarına çatmasına imkan verməməyə hesablanıb. Digər ssenari reallaşarsa, yəni Rusiya qalib gələrək hər hansı NATO üzvünə hücum edərsə, ABŞ-ın birbaşa müharibəyə qatılmaması, ilk növbədə kollektiv təhlükəsizlik təşkilatı olaraq NATO-nun işləkliyini sual altına almış olar.

Bununla yanaşı,  Rusiya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) məhz öz hərbi-siyasi təsir arealında təhlükəsizliyin kollektiv müdafiəsi üçün yaratmışdı. Lakin Ermənistan bu təşkilatın 44 günlük müharibə dövründə və sonrasında baş tutan hərbi əməliyyatlar zamanı işləmədiyi fikrini irəli sürüb. Belə ki, İrəvan iddia edir ki, Azərbaycan onun 150 km2 ərazisini tutub və Rusiya KTMT öhdəliklərindən irəli gələrək onu müdafiə etməyib. Azərbaycan bu ərazini müəyyən olunmamış sərhəd zonası adlandıraraq delimitasiya prosesi çərçivəsində ikitərəfli danışıqlar yoluyla həll etməyi nəzərdə tutur. Ermənistan isə Rusiyanı ittiham edərək deyir ki, deməli Kreml indiyədək onların ərazi bütövlüyünü, sərhədlərini və suverenliyini sual altına alıb. NATO üzvlərinin başına bənzər hadisə gələrsə, Alyans ölkələri kollektiv təhlükəsizlik mexanizmini bu və ya digər səbəblərlə işə salmazsa, o zaman hərbi blokun varlıq səbəbi və işləkliyi təhdid altına alınır”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
globalinfo.az

1Sources