Hurriyyet.az xəbər verir ki, Türkiyənin ən yaşlı sakini, 131 yaşlı Hodi Gürkan vəfat edib.
Hodi nənənin 7 övladı, 110 nəvəsi və nəticəsi olub. O, iyulun 28-də, Şanlıurfa vilayətinin Viranşehir rayonunda, Binekli məhəlləsindəki evində, ailəsinin əhatəsində dünyasını dəyişib.
Gürkan 1984-cü il iyulun 1-də dünyaya gəlib. Osmanlı imperiyası, Türkiyənin suverenliyi uğrunda savaş, Birinci və ikinci dünya müharibələri dövrlərində yaşayıb.
Hürr Tərcüman