“Tottenhem” futbolçusu Miki Muru icarəyə verib.
Futbolpress.az xəbər verir ki, 17 yaşlı hücumçu “Reyncers”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis futbolçu 2025/26 mövsümünü Şotlandiya klubunda keçirəcək.
Mur ötən mövsümdə Premyer Liqada 10 oyunda 1 məhsuldar ötürmə edib.