EN

Almaniya, Fransa və İordaniyadan Qəzzaya 14 ton yardım

525.az saytına istinadən ain.az xəbər verir.

Almaniya, Fransa və İordaniya Qəzzaya havadan ərzaq yardımı edib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya, Fransa və İordaniya aclıqla üzləşən Qəzzaya təxminən 14 ton ağırlığında yardımı təyyarə ilə çatdırıb.

Almaniya Müdafiə Nazirliyi İordaniya Haşimi Xeyriyyə Təşkilatı (JHCO) tərəfindən yardımın bu gün bölgəyə çatdırıldığını açıqlayıb. Yardım paketlərində ilk növbədə qida, dərman və süd tozu olub.

“Qəzzada ərzaq və dərman qıtlığı var. Bölgədə uşaqlar da daxil olmaqla bir çox fələstinli sağ qalmaq üçün mübarizə aparır. Havadan yardımlar xalqın ehtiyaclarının yalnız kiçik bir hissəsini qarşılayacaq. İsraildən aylardır dəhşətli əziyyət çəkən Qəzza xalqına hərtərəfli humanitar yardım göstərməsini gözləyirəm”, - deyə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful da hava yardımının yerüstü yardımı əvəz edə bilməyəcəyini vurğulayıb:

“Yardım ləvazimatları insanlara ancaq qurudan kifayət qədər miqdarda çatdırıla bilər. Bu səbəbdən İsrail hökumətini təcili olaraq BMT və beynəlxalq yardım təşkilatları üçün təhlükəsiz girişi əmin etməyə çağırırıq”.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
525.az

1Sources