EN

Xətai rayonunda obyektdə yanğın söndürülüb - Yenilənib

Bakının Xətai rayonunda obyektdə baş verən yanğın söndürülüb...

Bu barədə Poliqon-a FHN-dən bildirilib.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Poliqon FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Poliqon.info

Chosen
128
50
poliqon.info

10Sources