EN

Vətən müharibəsində orduya yardım etmiş(?) türk(?) maaş kartlarından oğurluq etməz...


Əkrəm Həsənov: “Kimliyindən asılı olmayaraq. cinayət törədən hər bir şəxs məsuliyyətə cəlb olunur”

Kiberdələduzluq hər gün qeydə alınır. Bu işlə məşğul olanlar hüquq-mühafizə orqanlarının səyi nəticəsində məsuliyyətə cəlb olunur. Bu günlərdə Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib.

Ölkəmizdə uzun müddətdir ailəsi ilə yaşayan və oturum hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb. Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib. Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada qeyd ediblər. Ertoğrul Akdemir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar. Ümumilikdə, iş üzrə ümümi zərər 78 min manatdır. Təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev müdafiə çıxışında bildirib ki, adıçəkilən şəxsin ailəsi Vətən müharibəsi dövründə orduya dəstək məqsədilə ciddi işlər görüb”.

Türkiyə vətəndaşı Azərbaycanda kibercinayətlə məşğul olub, kartlardan pul çəkib. Ancaq bu şəxsin vəkili isə məhkəmə onu müdafiə edərək bildirib ki, bəs bu şəxs 44 günlük Vətən müharibəsinə yardım edib. Bu şəxsin müharibədə yardım etməsi, onun cinayətinə bəraət qazandıra bilərmi?

“Cinayətkarın nə vaxtsa yaxşı iş görməsi ona bəraət qazandırmır, hər bir əmələ ayrıca qiymət verilir”

Hüquqşünas Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, oğurluq hadisəsinə heç bir əməl bəraət qazandıra bilməz: "Vaxtilə ölkəmizdə cinayət törədənlər arasında milli qəhrəman belə olub. Cinayətkarın nə vaxtsa yaxşı iş görməsi ona bəraət qazandırmır. Hər bir əmələ ayrıca qiymət verilir. Ancaq qanunvericilikdə belə bir qayda var ki, şəxsə cəza təyin edilərkən onun şəxsiyyəti, kimliyi, fəaliyyəti nəzərə alına bilər. Oğurluq törədən şəxs istənilən halda məsuliyyətə cəlb olunacaq, onun kimliyi, gördüyü yaxşı iş cəzasını cuzi yüngulləşdirə bilər. Kiberdələduzluq adı ilə ittiham olunan türk vətəndaşı iddia edir ki, guya 44 günlük Vətən müharibəsinə yardım edib. Onda belə çıxır ki, Vətən müharibəsində iştirak edən qazilər belə nə istəsə edə bilər? Xeyr, bu belə deyil, kimliyindən asılı olmayaraq, cinayət törədən hər bir şəxs məsuliyyətə cəlb olunur”.

Günel CƏLİLOVA

Chosen
34
baki-xeber.com

1Sources