EN

6 ayda əlilliyi olan 2 853 şəxs münasib işlərlə təmin edilib

ain.az, Azpost saytına istinadən bildirir.

2025-ci ilin 6 ayı ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan 2 853 şəxs münasib işlərlə təmin edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, fiziki məhdudiyyətli insanlar, yəni əlilliyi olan şəxslər üçün məşğulluq, eləcə də, özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq tədbirlərinin icrası zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə (şəhid ailəsi üzvləri, əlilliyi olan, habelə 18 yaşadək əlilliyi olan şəxslərə, 20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynləər, əlilliyi olan 18 yaşadək şəxsləri uşaqları tərbiyə edən valideynlərə, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və keçmiş məcburi köçkünlərə üstünlük verilir”.

Qeyd edilib ki, bu sahədə aparılan işlərin nəticəsi olaraq 2025-ci ilin 6 ayı ərzində bu kateqoriyadan olan 7249 şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

“Onlardan 2 853 şəxs münasib işlərlə təmin edilib. Həmçinin, 6 ayda əlilliyi olan 762 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar. Agentlik tərəfindən son 6 ayda əlilliyi olan 213 şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib. Həmçinin 3 421 nəfərə peşəyönümü məsləhət xidməti göstərilib.

Həmçinin, qeyd edək ki, Agentlik tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və cəmiyyətə adaptasiyası məqsədilə layihələr icra olunur”,- deyə Agentlikdən əlavə edilib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
3
azpost.info

4Sources