Bakı. Trend:
2025-ci ilin 6 ayı ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan2 853 şəxs münasib işlərlə təmin edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət MəşğulluqAgentliyindən məlumat verilib.
Bildirilib ki, fiziki məhdudiyyətli insanlar, yəni əlilliyi olanşəxslər üçün məşğulluq, eləcə də, özünüməşğulluq imkanlarınınyaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindənbiridir:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəkiDövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq tədbirlərininicrası zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işədüzəlməkdə çətinlik çəkən şəxslərə (şəhid ailəsi üzvləri, əlilliyiolan, habelə 18 yaşadək əlilliyi olan şəxslərə, 20 yaşadəkgənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək vəçoxuşaqlı valideynləər, əlilliyi olan 18 yaşadək şəxsləri uşaqlarıtərbiyə edən valideynlərə, pensiya yaşına iki ildən az qalmışşəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və keçmişməcburi köçkünlərə üstünlük verilir".
Qeyd edilib ki, bu sahədə aparılan işlərin nəticəsi olaraq2025-ci ilin 6 ayı ərzində bu kateqoriyadan olan 7249 şəxsməşğulluq tədbirlərinə cəlb edilib.
"Onlardan 2 853 şəxs münasib işlərlə təmin edilib. Həmçinin, 6ayda əlilliyi olan 762 şəxs özünüməşğulluq proqramına cəlb edilib.Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq özkiçik təsərrüfatlarını qurublar. Agentlik tərəfindən son 6 aydaəlilliyi olan 213 şəxs isə əmək bazarının tələblərinə uyğun peşələrüzrə peşə hazırlığına cəlb edilib. Həmçinin 3 421 nəfərə peşəyönümüməsləhət xidməti göstərilib.
Həmçinin, qeyd edək ki, Agentlik tərəfindən mütəmadi olaraqəlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması vəcəmiyyətə adaptasiyası məqsədilə layihələr icra olunur",- deyəAgentlikdən əlavə edilib.