Madrid “Atletiko”sunun müdafiəçisi Santyaqo Mourinyo karyerasını “Vilyarreal”da davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, "sualtı qayıqlar" 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Uruqvaylı futbolçu üçün Madrid klubuna 10 milyon avro ödəyib.
Qeyd edək ki, “Atletiko” Mourinyonu qısa müddət əvvəl “Alaves” klubundan 4 milyon avroya transfer etmişdi.
Geridə qalan La Liqa mövsümündə müdafiəçi 25 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, Mourinyonun bazar dəyəri 3 milyon avrodur.