RU

“Vilyarreal” Mourinyonu transfer etdi

Madrid “Atletiko”sunun müdafiəçisi Santyaqo Mourinyo karyerasını “Vilyarreal”da davam etdirəcək.

 90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, "sualtı qayıqlar" 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Uruqvaylı futbolçu üçün Madrid klubuna 10 milyon avro ödəyib.

Qeyd edək ki, “Atletiko” Mourinyonu qısa müddət əvvəl “Alaves” klubundan 4 milyon avroya transfer etmişdi.

Geridə qalan La Liqa mövsümündə müdafiəçi 25 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, Mourinyonun bazar dəyəri 3 milyon avrodur.

Избранный
17
90deqiqe.az

1Источники