EN

Qazaxıstan ABŞ-ın yeni rüsumlarına reaksiya verib

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan ABŞ tərəfindən əlavə tariflərin tətbiqi məsələsi ilə bağlı danışıqları davam etdirir.

Bu barədə AZƏRTAC Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Bildirilib ki, bu proses çərçivəsində iyun ayında Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüş keçirilib. Qazaxıstan ABŞ-a qarşılıqlı faydalı ticarət əməkdaşlığının inkişafını, dayanıqlı tədarükün qorunmasını və bazarlara ədalətli çıxış şərtlərinin təmin edilməsini əhatə edən rəsmi təklif göndərib və bu zaman ABŞ Prezidenti Donald Trampın 2 aprel 2025-ci il tarixli Fərmanı və ona edilmiş sonrakı dəyişikliklər əsas götürülüb.

“Tərəflər təqdim olunmuş təkliflərin müzakirəsini ticarət-iqtisadi məsələlər üzrə genişləndirilmiş ikitərəfli dialoq çərçivəsində davam etdirir. Qazaxıstan konstruktiv əməkdaşlığa sadiqdir, Amerika tərəfi isə gələcək dialoqa hazır olduğunu təsdiqləyir”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, tətbiq edilən tarif tədbirləri Qazaxıstanın ABŞ-a ixracının cəmi 4,8 faizini əhatə edir, qalan 95,2 faizlik tədarüklər isə yeni rüsumlardan kənarda qalır.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qazaxıstan da daxil olmaqla bir sıra ölkələrə qarşı yeni gömrük rüsumları tətbiq etmişdi.

Chosen
21
8
hafta.az

9Sources