AZ

Qazaxıstan Rusiyanı ötdü

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan MDB ölkələri arasında adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə ilk dəfə Rusiyanı ötüb.

Hafta.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları təsdiq edir. Məlumatlara əsasən, 2025-ci ildə Rusiyada sözügedən göstərici 14 600 dollar, Qazaxıstanda isə 14 700 dollar olub.

2024-cü ildə Rusiya bu göstərici üzrə Qazaxıstanı qabaqlayırdı (14 100 dollara qarşı 14 700 dollar).

Seçilən
49
14
hafta.az

10Mənbələr