Bu gündən Türkiyənin Kilis şəhərindən Azərbaycan qazının Suriyaya ixracı başlayır.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, istifadəyə verilən boru xətti ilə gündəlik 3.4 milyon kubmetr qaz ötürüləcək.
Bu isə təxminən 5 milyon suriyalı ailənin ehtiyacını ödəmək üçün kifayətdir.
Enerji ekspertləri bildirirlər ki, bu addım Suriya müharibədən zərər çəkmiş enerji infrastrukturunun sabitləşməsinə və daha genişmiqyaslı bərpa proseslərinin başlamasına töhfə verə bilər.