EN

Son bir ayda özünüməşğulluq proqramı üzrə 2 mindən çox şəxs üçün kiçik təsərrüfatlar qurulub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 2 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, son bir ayda paytaxt və regionlarda 2114 işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri uğurla bitirən proqram iştirakçıları sonda aktivlərlə təmin olunurlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
11
azertag.az

10Sources