Bakı. Trend:
Son bir ayda paytaxt və regionlarda 2114 işsiz və işaxtaranşəxsə bu proqram çərçivəsində mal və materiallar formasındaaktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.
Trendxəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumatyayıb.
Bildirilib ki, proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdətəlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarəolunması üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri uğurla bitirən proqram iştirakçıları sonda aktivlərlətəmin olunurlar.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluqproqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.