ain.az, Yeniavaz saytına istinadən bildirir.
Ali Milli Təhlükəsizlik Şurasında struktur dəyişiklikləri başa çatdıqdan sonra İranda Müdafiə Şurası yaradılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, yeni dövlət qurumunun ölkənin müdafiə siyasəti sahəsində strateji vəzifələri olacaq.
Müdafiə Şurası müdafiə və təhlükəsizlik sahəsində yeni idarəetmə strukturunun bir hissəsi olacaq.
Agentliyin məlumatına görə, Müdafiə Şurasının strukturu yaxın vaxtlarda formalaşdırılacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.