EN

"Bahalı ev, maşın yox, geyim istəyirəm"

"Bahalı ev, maşın yox, geyim istəyirəm""Qaya" ansamblında işləyirdim, 20-30 dollar alırdım. Pulumu ancaq geyimə xərcləyirdim. Bir dərzi var idi, ona ancaq geyim tikdirirdim. Pul ancaq geyimə və studiyaya gedirdi. Bir də yeyib-içməyə xərcləyirdim. O qədər çox pul yox idi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Abbas Əhməd "Efirdən kənar" verilişində deyib. Sənətçi istəklərindən danışıb:

"Biz cip, yeni tikili binada ev düşünmürdük. Mənə Niderlandda maşın bağışlamışdılar, onunla da Bakıya gəlmişdim. İndi də ev, bağ, yaxşı maşın haqda düşünmürəm. Yaxşı geyim və yaxşı insanlarla tanış olmaq istəyirəm. Gözəl yerlər gəzim. Həyat budur".

Chosen
38
6
big.az

7Sources