EN

Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində dustağın üzərindən iki ədəd biz aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, 41 yaşlı məhkum kustar üsulla hazırladığı iki ədəd bizi corabında gizlədib.

Cəzaçəkmə müəssisəsinin əməkdaşları baxış keçirən zaman həmin bizləri aşkar edib. pizza sifarişi

Dustağın həmin bizləri nə məqsədlə hazırladığı və üzərində gəzdirdiyi məlum deyil.

41 yaşlı dustağın daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşadığı məlum olub. O, sonuncu dəfə narkotik ittihamı ilə həbs edilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasının başa çatmasına 3 ay qalmış həbsxanada üzərində biz aşkarlanıb.

Bu əməlinə görə ona 6 ay cəza təyin edilib./Musavat.com


Telegram kanalımız
Chosen
5
2
yenisabah.az

3Sources