EN

Natali Aleksanyandan Robert Koçəryan və Serj Sarkisyana: “Bəs siz özünüz Şuşada nə etmisiniz?”

Erməni jurnalist Natali Aleksanyan sərt bir yazı ilə çıxış edərək onilliklər ərzində Ermənistanda hakimiyyətdə olan və Robert Koçəryan, Serj Sarkisyan və onların ətrafı ilə əlaqələndirilən siyasi qrupa – yəni "Qarabağ klanı"na müraciət edib.

Bizim.Media xəbər verir ki, Aleksanyan öz məqaləsində belə kəskin, lakin haqlı bir sual verir: “Bəs siz nə vaxt Şuşada azərbaycanlıların mədəni irsinə etdiyiniz hərəkətlər barədə danışacaqsınız?”

O, bu qrupu Bülbülə (Murtuza Məmmədov) və Xurşidbanu Natəvana aid abidələrin vəhşicəsinə məhv edilməsində ittiham edir. Bu abidələrin sökülərək İrəvana trofey kimi aparıldığını, illər sonra isə yalnız beynəlxalq təzyiqlər nəticəsində geri qaytarıldığını xatırladır.

Ermənilərin tez-tez səsləndirdiyi “sənətimizin məhv edilməsi” iddialarını ikili standart adlandıran Aleksanyan bildirir ki, əslində mədəni soyqırımın təşəbbüskarları məhz bu siyasi təbəqə olub. Onlar yalnız özlərinə sərf edən mədəniyyət nümunələrini önə çəkirlər. Məsələn, Ayvazovskinin abidəsi yalnız siyasi məqsəd daşıyanda “müqəddəs” sayılır, amma Bülbül onların mifinə uyğun gəlmədiyi üçün tamamilə nəzərdən qaçırılır.
 

Aleksanyan sözlərinə belə davam edib: “Yaxınlarda tanınmış bir şərhçini dinləyirdim – adını çəkməyəcəyəm, bəlkə də sadəcə çaşqınlıq içində idi və ya nədən danışdığını tam anlamırdı. Amma o, Ayvazovskiyə aid abidənin sökülməsini ‘cinayət’ adlandıranda, mənim haqlı bir sualım yaranır: Bəs siz özünüz Şuşada nə etmisiniz?


Siz nə vaxt etiraf edəcəksiniz ki, Bülbülün və Xurşidbanu Natəvanın abidələrini məhv etmisiniz?

Nə vaxt cavab verəcəksiniz ki, bu abidələri təkcə təhqir etmədiniz – onları ayaqlayıb sökdünüz, sonra da müharibə qəniməti kimi İrəvana apardınız?

Və illərlə bu xatirələri aşağıladınız – yalnız hakimiyyətinizi itirməyə başladığınız zaman onları qaytarmağa qərar verdiniz.

Bəs əsl abidə dağıdıcıları kimlər idi?

Əslində mədəni soyqırımı kim həyata keçirdi?

Onillərlə yalan içində yaşayan və indi ucadan “azərbaycanlılar bizim sənətimizi məhv edir” deyən kimlərdir?

Hər dağıdılmış abidə, hər silinmiş mədəniyyət izi sizə xatırladacaq ki, siz – Qarabağ klanının nümayəndələri – təkcə mədəniyyəti deyil, əxlaqı da məhv edərək bütöv bir regionu uçuruma sürüklədiniz.

Ayvazovski sizin üçün yalnız siyasi fayda verəndə ‘müqəddəs’ oldu.

Amma Bülbül heç vaxt sizin üçün insan olmadı. Çünki o, sizdən deyildi. O, rusca danışmırdı. O, bu yalanın himnlərini oxumurdu. O, öz xalqının və mədəniyyətinin səsi idi — və məhz bu, sizə mane olurdu.”

Bizim.Media

Chosen
23
bizim.media

1Sources