EN

Rusiyada bu hava limanları BAĞLANDI

Sankt-Peterburqun Pulkovo hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

Məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edildiyi bildirilib.

Soçi hava limanı da uçuşlara müvəqqəti məhdudiyyətlər qoyub.

Bu barədə hava limanının rəsmiləri Teleqram kanallarında bildiriblər.

Bu cür tədbirlər Rusiyanın regionlarına dron hücumu təhlükəsi yarandıqda tətbiq edilir.

Bizim.Media

Chosen
47
1
bizim.media

7Sources