Bakı. Trend:
Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək“Karvan-Yevlax” komandası futbolçusu İbrahim Qədirzadə iləmüqavilənin müddətini uzadıb.
Trend-inməlumatına görə, bu barədə kıubun mətbuat xidməti bildirib.
Məlumata əsasən, yarımmüdafiəçi ilə 1 illik yeni anlaşmaimzalanıb.
İ. Qədirzadə ötən mövsüm Yevlax təmsilçisinin heyətində 25 oyunkeçirib və 3 qol ötürməsi ilə yadda qalıb.