EN

Qubada tullantı poliqonu yanır

Qubada tullantıların toplandığı poliqonda yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, Dəvədabanı yaşayış massivində yerləşən poliqonda başlayan yanğın güclü külək səbəbindən qısa müddətdə 3 hektara qədər ərazini əhatə edib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının yaxınlığındakı meşə zolağına keçməsinin qarşısı alınıb.

Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.

Bizim.Media

Chosen
52
4
bizim.media

4Sources