EN

Suriya Azərbaycanın qaz tədarük etdiyi 14-cü ölkə oldu

“Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha böyük oyunçuya çevrilir”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Avronyus Turkish”ə deyib.
 

M.Cabbarov, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın regional və qlobal enerji bazarlarında getdikcə daha çox nüfuz qazandığını qeyd edib.


O bildirib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub:

“Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb”.

Bizim.Media

Chosen
57
11
bizim.media

10Sources