Formula 1 üzrə Macarıstan Qran-prisinin qalibi “McLaren” komandasının pilotu Lando Norris olub.
90deqiqe.Az-ın məlumatına görə, bu, britaniyalı sürücünün mövsümdə qazandığı önəmli uğurlardan biridir.
Yarışda ikinci yeri onun komanda yoldaşı Oskar Piastri tutub. Beləliklə, “McLaren” mövsüm ərzində ilk dəfə olaraq finişi iki pilotla ön sıralarda tamamlayıb. Üçüncü pillədə isə “Mercedes”in sürücüsü Corc Rassell qərarlaşıb.
“Red Bull” komandasının dördqat və hazırkı dünya çempionu Maks Verstappen yalnız doqquzuncu yeri tuta bilib. Yeddiqat dünya çempionu, “Ferrari”nin pilotu Lüis Həmilton isə bu dəfə 12-ci yerdə qərarlaşıb.
Macarıstan Qran-prisinin yekun nəticələri:
Lando Norris (“McLaren”) — 70 dövrə
Oskar Piastri (“McLaren”) +0.698
Corc Rassell (“Mercedes”) +21.916
Şarl Lekler (“Ferrari”) +42.560
Fernando Alonso (“Aston Martin”) +59.040
Qabriel Bortoleto (“Kick-Sauber”) +1:06.169
Ləns Stroll (“Aston Martin”) +1:08.174
Liam Lawson (“Racing Bulls”) +1:09.451
Maks Verstappen (“Red Bull”) +1:12.645
İsak Hacjar (“Racing Bulls”) +1 dövrə
Andrea Kimi Antonelli (“Mercedes”) +1 dövrə
Lüis Həmilton (“Ferrari”) +1 dövrə
Niko Hülkenberq (“Kick-Sauber”) +1 dövrə
Karlos Sayns (“Williams”) +1 dövrə
Aleksander Albon (“Williams”) +1 dövrə
Esteban Okon (“Haas”) +1 dövrə
Yuki Tsunoda (“Red Bull”) +1 dövrə
Franko Kolapinto (“Alpine”) +1 dövrə
Pyer Qasli (“Alpine”) +1 dövrə
Oliver Berman (“Haas”) – yarışı başa vura bilməyib.