EN

İsveçrəli vinger klubundan onu buraxmasını tələb edir

“Brügge”nin yarımmüdafiəçisi Ardon Yaşari cari transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Sportinfo.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, isveçrəli futbolçu klubundan özünün “Milan”a buraxılmasını tələb edir.

Vinger “Brügge”nin rəhbərliyinə komandada qalmaq istəmədiyini və İtaliya klubunun heyətinə qoşulmaq istədiyini açıqlayıb. “Milan” da öz növbəsində, Yaşarinin transferi üçün 33 milyon avro ödəməyə hazırdır.

23 yaşlı yarımmüdafiəçi son mövsümdə “Brügge”nin heyətində 52 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Onun Belçika klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.

Chosen
7
1
sportinfo.az

2Sources