Qadınlardan ibarət Azərbaycan millimizin futbolçusu Milana Rəhimovanın formasını geydiyi Şimali Makedoniyanın “Lyuboten” klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.
"Football-plus.az" xəbər verir ki, Rəhimovanın komandası 1-ci təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pünik” üzərində 4:0 hesablı qələbə qazanıb.
Hava Mustafanın pokerə imza atdığı Skopyedəki qarşılaşmada meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.