EN

Amorim gənc oyunçusunun mümkün gedişi haqda danışdı

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandadan ayrılacağı iddia olunan hücumçu Alehandro Qarnaço ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, "Sky Sports"a açıqlama verən portuqaliyalı mütəxəssis argentinalı futbolçu haqda deyib:

"Qarnaço inanılmaz səviyyədə istedadlı bir gəncdir. Amma bəzən belə hallar olur. Hər şeyi izah etmək həmişə mümkün olmur. Aydındır ki, o, başqa bir məşqçi ilə işləmək istəyir. Bu, problem deyil. Bəzən kiminləsə münasibət qurursan, uyğunluq olur, bəzən isə fərqli təcrübə yaşamaq istəyirsən. Mən bunu anlayıram".

Qeyd edək ki, Alehandro Qarnaço “Mançester Yunayted”ə 2020-ci ilin payızında Madrid “Atletiko”sundan transfer olunub. 20 yaşlı futbolçu bu müddət ərzində İngiltərə klubunun heyətində 144 oyunda 26 qol vurub, 22 qolun ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
qol.az

2Sources