Ağdərə rayonunda meşə massivində yanğın başlayıb.
Publika.az xəbər verir ki, yanğın rayonun Vəngli kəndi ərazisində meşə 1 massivindəki dağlıq ərazidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər və Ağdərə Rayonları Dövlət Yanğından Mühafizə Hissələrinin qüvvələri əraziyə cəlb olunub.