EN

Türkiyə XİN dən İsrail nazirlərinin Əl Əqsa məscidinə basqınına reaksiya

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyi İsrail nazirlərinin Əl-Əqsa məscidinə təşkil etdiyi basqını qınayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

“Bəzi israilli nazirlərin İsrail polisi müşayiəti və israilli qruplarla birlikdə bu gün Əl-Əqsa məscidinə təşkil etdikləri basqını sərt şəkildə qınayırıq” – deyə, bəyanatda qeyd olunub.

Bəyanatda, Əl-Əqsa məscidinin təhlükəsizliyinin və Qüdsün müqəddəs kimliyinin qorunmasının yalnız regional deyil, bəşəriyyətin ortaq vicdanı naminə prioritet məsuliyyət olduğu vurğulanıb.

“İşğalçı İsrailin bu sistematik təxribatları və son dövrlərdəki ilhaq çağırışları iki dövlətli həllin əsaslarını hədəf alır və sülh ümidlərinə ciddi zərbə vurur” – deyə, bəyanatda bildirilib.

İsrailin regionda sabitliyi pozan fəaliyyətləri qarşısında təcili atəşkəsin təmin olunması və iki dövlətli həll əsasında davamlı sülhün yaradılmasına dair çağırış edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
2
globalinfo.az

3Sources