EN

Yəmən sahilində miqrant qayığı batdı: 20 nəfər öldü

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Yəmən sahillərində azı 20 qeyri-qanuni miqrant həyatını itirib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, ölkənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən aşıb.

Dəhşətli qəzada onlarla insanın itkin düşdüyü bildirilir. Onların taleyi hələ də məlum deyil.

Sərnişinlərin əsasən efiopiyalı qeyri-qanuni miqrantlardan ibarət olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
5
axar.az

7Sources