EN

Şabranda iki hektar ərazi yandı - ANBAAN VİDEO

Şabranda açıq ərazidə baş verən yanğın söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində yol kənarında 2 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.


Bizim.Media

Chosen
61
5
bizim.media

10Sources