Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəŞabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verməsibarədə məlumat daxil olub.
Bu barədə Trend-əFHN-dən məlumat verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in DövlətYanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə başvermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyəyayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yol kənarında 2 ha sahədə kol-kos və biçilmiştaxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.