Kanadanın hökumətlərarası işlər naziri və Kanada-ABŞ ticarətinə cavabdeh şəxs Dominik Leblan Vaşinqtonun 35 faizlik yeni tarifləri fonunda ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Mark Karninin yaxın günlərdə mümkün ticarət razılaşması ilə bağlı danışıqlar aparacağını gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə nazir CBS telekanalına müsahibəsində bildirib.
O, Vaşinqton rəsmiləri ilə söhbətlərindən sonra ticarət sazişinin perspektivləri ilə bağlı nikbin olduğunu vurğulayıb:
“Ticarət katibi Hovard Latnik və ABŞ ticarət nümayəndəsi Jeymison Qrir ilə söhbətlərimiz bizi ruhlandırır. Lakin biz hələ iqtisadiyyatlarımızın mənafeyinə uyğun bir razılaşma əldə etmək lazım olan nöqtədə deyilik”.
Nazir həmçinin əlavə edib ki, bəzi rüsumların azaldılması və sərmayə qoyuluşu üçün daha çox əminlik yaradan razılaşmanın əldə olunmasının mümkün olduğuna inanır.